Təzə ət almaq üçün nələrə diqqət edilməlidir?

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ət aşkarlanıb. Bu dəfə aşkarlanan isə ümumi çəkisi 227 kq olan at ətidir. Mütəmadi reydlərə baxmayaraq görünən odur ki, vətəndaşa satılan məhsulun keyfiyyəti satıcıların insafına qalıb.

Bəs vətəndaşlar keyfiyyətli ət almaq üçün və ətin hansı heyvan növünə aid olduğunu necə müəyyən etsinlər?

Yaxın gələcəkdə Azərbaycanda sağlam qida tapmaq çox çətin olacaq' - AÇIQLAMAQida eksperti, UNEC-in dosenti Elsevər Fərzəliyev Day.Az-a bildirib ki, qida sektorunda çatışmazlıqların aşkarlanması və aradan qaldırılması AQTA-nın vəzifəsidir. Satılan ətlərin keyfiyyəti və növünü yalnız təcrübəli insanlar ayırd edə bilər: "Azərbaycanda isə əhalinin böyük hissəsi bunu edə bilmir. Ət növlərini təyin etmək alıcılar üçün çox çətindir. Bunu müəyyən etmək üçün fiziki-kimyəvi laborator metodlar tətbiq edilir. Ancaq bu yolla məhsulun tərkib keyfiyyətini, hansı heyvan növünün əti olduğunu müəyyənləşdirmək olar. Aydındır ki, bu ət istehlakçısı olan sadə vətəndaşların imkanları xaricindədir. Yəni, bütün alıcılar sadəcə baxmaqla ətin keyfiyyəti ilə bağlı doğru qərar verə bilməzlər. Göstərilən amilləri birləşdirsək aydın olur ki, ətin keyfiyyəti və növünün ayırd edilməsi laborator araşdırma tələb edir".

Süni mal əti yeyəcəyimiz gün yaxındadır - Laboratoriya əti necə istehsal  olunacaq?

Ekspert deyir ki, köhnə və yeni əti rənginə görə fərqləndirmək olar: "Köhnəlmiş ət təzə ətdən rənginin solğun olmasına görə fərqlənir. Ətin təzə və ya köhnə olduğunu bilmək həm dad, həm də sağlamlıq baxımından çox vacibdir. Təzə ətin üzərindəki piylər ağ və ya bir az süd rəngində olmalıdır. Köhnə ətin isə rəngi tündləşir, bozarır və ya qonur çalarlar alır. Piylər isə saralır və parıltısını itirir".