https://news.day.az/azerinews/1829479.html
Bakıda internat məktəbində baş verən yanğın nəzarətə götürüldü - BŞTİ - VİDEO
Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib. Bu barədə Day.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verib.
Bakıda internat məktəbində baş verən yanğın nəzarətə götürüldü - BŞTİ - VİDEO
Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
Bu barədə Day.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verib.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре