https://news.day.az/azerinews/1829941.html Piyadanı avtomobil vurdu - Polis xəstəxanaya çatdırdı - VİDEO Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Piyadanı avtomobil vurdu - Polis xəstəxanaya çatdırdı - VİDEO

Azərbaycanca, 23 апреля 2026 18:32 (UTC +04:00) 292
Piyadanı avtomobil vurdu - Polis xəstəxanaya çatdırdı

Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında "Yeni Klinika"ya çatdırılıb.

"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", - deyə məlumatda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости