https://news.day.az/azerinews/1831443.html 1-ci sinifə qəbul başlayır - Tarix açıqlandı Mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

1-ci sinifə qəbul başlayır - Tarix açıqlandı

Azərbaycanca, 30 апреля 2026 15:20 (UTC +04:00) 467
1-ci sinifə qəbul başlayır

Mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib: "Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости