Bu gün Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana gübrə göndərilib

14:25

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Day.Az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə 4 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

xxx

10:13

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Day.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, Ermənistana 10 vaqon gübrə göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.