https://news.day.az/azerinews/1832150.html Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlanıb Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycanca, 4 мая 2026 11:03 (UTC +04:00) 235
Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlanıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости