Hansı yeməklərdən uzaq durmaq tövsiyə OLUNUR?
Mütəxəssis Nataliya Anstal turistlərə seçdikləri qidalara diqqət yetirməyi tövsiyə edib.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, ən böyük risk tez xarab olan məhsullarla bağlıdır.
Xüsusilə sous əlavə edilmiş salatlar və açıq şəkildə təqdim olunan yoqurtlar qida zəhərlənməsi ehtimalını artıra bilər.
Ekspert bildirib ki, bəzi hallarda pomidor və xiyar kimi tərəvəzlərə qarşı da ehtiyatlı olmaq lazımdır. Tərəvəzlər qəbul ediləcəksə, onların yaxşı yuyulması məsləhət görülür. Anstalın fikrincə, termiki emaldan keçmiş yeməklər daha təhlükəsiz seçim hesab olunur.
Mütəxəssis həmçinin vurğulayıb ki, istirahət üçün otel seçərkən qidalanma ilə bağlı rəyləri diqqətlə oxumaq vacibdir. Onun sözlərinə görə, keyfiyyətli qidalanma turistlərin sağlamlığını qorumaq və məzuniyyətlərini zəhərlənmə səbəbindən otaqda keçirməmələri üçün əsas amillərdən biridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре