https://news.day.az/azerinews/1839556.html Xamenei İranda minlərlə məhbusu əfv edib İranın ali lideri Müctəba Xamenei Eyd-əl-Qədir (Qədir Xum) bayramı münasibəti ilə 2000-dən çox məhbusu əfv edib və ya cəzasını yumşaldıb. Day.Az xəbər verir ki, bu barədə Farsa agentliyi məlumat yayıb.

Xamenei İranda minlərlə məhbusu əfv edib

Azərbaycanca, 5 июня 2026 17:43 (UTC +04:00) 309
Xamenei İranda minlərlə məhbusu əfv edib

İranın ali lideri Müctəba Xamenei Eyd-əl-Qədir (Qədir Xum) bayramı münasibəti ilə 2000-dən çox məhbusu əfv edib və ya cəzasını yumşaldıb.

Day.Az xəbər verir ki, bu barədə Farsa agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün Xamenei bir müddət əvvəl İran ədliyyəsinin rəhbəri Qolamhüseyn Mohseni Eceyin amnistiya ilə bağlı vəsatətini təmin edib.

Qeyd edək ki, İran Konstitusiyanın 110-cu maddəsinə əsasən, Ədliyyə sisteminin rəhbərinin təqdimatı əsasında ölkə rəhbəri məhkumları əfv etmək və ya onların cəzalarını azaltmaq səlahiyyətinə malikdir.

Lakin bu əfv müəyyən kateqoriyadan olan məhkumlara şamil edilmir. Bunlara ölkəyə qarşı silahlı mübarizədə iştirak etdiyinə görə məhkum olunmuş şəxslər, silahlı və ya mütəşəkkil narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar, silahlı soyğunçuluq törədənlər, silah qaçaqmalçıları, adam oğurluğuna, rüşvətxorluğa və mənimsəməyə görə məhkum edilmiş şəxslər daxildir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости