https://news.day.az/azerinews/1840805.html Sabunçuda evdən 15 min manata yaxın qızıl oğurlanıb Sabunçu rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Day.Az xəbər verir ki, DİN-in məlumatına görə, paytaxt ərazisində yerləşən evlərdən birindən qızıl əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Sabunçuda evdən 15 min manata yaxın qızıl oğurlanıb

Azərbaycanca, 11 июня 2026 16:27 (UTC +04:00) 294
Sabunçuda evdən 15 min manata yaxın qızıl oğurlanıb

Sabunçu rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Day.Az xəbər verir ki, DİN-in məlumatına görə, paytaxt ərazisində yerləşən evlərdən birindən qızıl əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, onlar evdən hissə-hissə ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости