https://news.day.az/azerinews/1841032.html Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 12 июня 2026 16:03 (UTC +04:00) 347
Yaxın saatlarda yenidən təkanlar ola bilər

Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki,yaxın saatlar ərzində ölkəmizdə zəif də olsa afterşoklar gözlənilir.

Onun sözlərinə görə, Qəbələdə baş verən zəlzələ bir çox rayonlarda hiss edilib. 

"Lakin Bakı şəhərində zəlzələ hiss edilməyib. Azərbaycanda hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu da təbii prosessdir", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости