Yuxu və beyin:

Yuxu yalnız istirahət deyil, beynin özünü bərpa etdiyi aktiv bioloji prosesdir. Yuxu zamanı beynin "glimfatik sistem"i toksinləri təmizləyir və yaddaş konsolidasiyası baş verir.

Day.Az-ın məlumatına görə, araşdırmalar göstərir ki, 6 saatdan az yuxu alan insanlarda diqqət, qərarvermə və emosional sabitlik ciddi şəkildə zəifləyir.

Uzunmüddətli yuxu çatışmazlığı isə alzaymer kimi neyrodegenerativ xəstəlik riskini artıra bilər.

National Sleep Foundation bildirir ki, keyfiyyətli yuxu beyin funksiyalarının optimallaşması üçün ən vacib faktorlardan biridir.