Bilgəh çimərliyində meyit tapıldı

Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində meyit tapılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədin təxminən 45-50 yaşlı kişi olduğu müəyyən edilib.

Hazırda onun kimliyinin dəqiq müəyyən edilməsi üçün işlər aparılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.