https://news.day.az/azerinews/1851237.html Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 2,4 faiz olacağı proqnozlaşdırılır. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

Azərbaycanca, 31 июля 2026 11:15 (UTC +04:00) 173
Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 2,4 faiz olacağı proqnozlaşdırılır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

"2027-ci ildə isə iqtisadi artımın 2,6 və qeyri-neft-qaz sektoru üzrə 3,9 faiz təşkil edəcəyini proqnozlaşdırırıq", - sədr vurğulayıb.

Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda ölkə iqtisadiyyatı artımının bu il 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz olacağı proqnozlaşdırılmışdı. Eyni zamanda 2027-ci il üzrə ölkə ÜDM artımının 3,2 və qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz təşkil edəcəyi açıqlanmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости