https://news.day.az/azerinews/1851239.html Xankəndi–Şuşa yolunda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB Xankəndi-Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Day.Az Trend-ə istinadən bildirir ki, qəza ötən gecə baş verib. Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Xankəndi–Şuşa yolunda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Azərbaycanca, 31 июля 2026 11:34 (UTC +04:00) 142
Xankəndi–Şuşa yolunda xəsarət alan şəxsin vəziyyəti ağırdır

Xankəndi-Şuşa yolunda baş verən qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Məlumata görə, vəziyyəti ağırdır.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dünən 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda bildirilib.

xxx

Xankəndi-Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Day.Az Trend-ə istinadən bildirir ki, qəza ötən gecə baş verib. Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости