https://news.day.az/azerinews/1851454.html Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb. Day.Az xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 1 августа 2026 10:51 (UTC +04:00) 175
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.

Day.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости