https://news.day.az/azerinews/1855681.html BDYPİ sürücülərə müraciət ETDİ: Telefon diqqətinizi yoldan ayırmasın! Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər. Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.

BDYPİ sürücülərə müraciət ETDİ: Telefon diqqətinizi yoldan ayırmasın!

Azərbaycanca, 24 августа 2026 09:35 (UTC +04:00) 183
BDYPİ sürücülərə müraciət ETDİ:

Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər. Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.

Day.Az xəbər verir ki, BDYPİ-nin müraciətində sükan arxasında mobil telefondan istifadənin sürücünün diqqətini yayındırdığı, reaksiyasını ləngitdiyi, nəqliyyat vasitəsinə nəzarəti zəiflətdiyini və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola biləcəyi bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər.

Unutmayın: Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости