https://news.day.az/azerinews/1863157.html Yol polisindən yük avtomobilləri sürücülərinə ÇAĞIRIŞ Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış ünvanlayıb. İdarədən Day.Az-a verilən məlumata görə, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.

Yol polisindən yük avtomobilləri sürücülərinə ÇAĞIRIŞ

Azərbaycanca, 28 сентября 2026 11:31 (UTC +04:00) 216
Yol polisindən yük avtomobilləri sürücülərinə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış ünvanlayıb.

İdarədən Day.Az-a verilən məlumata görə, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.

Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladılıb. İlk növbədə sürücülərdən:

- yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;

- ara məsafəsini düzgün seçmələri;

- ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;

- yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;

- nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;

- iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;

- sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;

- hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.

BDYPİ sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости