Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb - FOTO
TƏBİB-in İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.
Day.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada poliklinik şöbə fəaliyyət göstərir. Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.
Səfər zamanı Anar Bayramov xəstəxananın bölmələri, tibbi avadanlıq və kadr təminatı ilə tanış olub, xidmətin təşkili barədə məlumat alıb. O, həmçinin Qızılbazar Həkim Məntəqəsində yaradılmış şəraitə baxıb.
Xəstəxananın və həkim məntəqəsinin fəaliyyəti Xocavəndə qayıdan sakinlərin yaşadıqları ərazidə tibbi yardıma çıxışının təmin olunmasına xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре