https://news.day.az/azerinews/1875227.html Polşada Baş naziri istefaya göndərmək cəhdi uğursuz oldu Polşa Seyminin deputatlarının əksəriyyəti Baş nazir Donald Tuskun hökumətinə etimadsızlıq votumunun elan edilməsinin əleyhinə səs verib. Day.Az xəbər verir ki, "TVP INFO" telekanalının məlumatına görə, təşəbbüsü 200 parlamentari dəstəkləyib, 242 deputat isə onun əleyhinə çıxış edib.

Polşada Baş naziri istefaya göndərmək cəhdi uğursuz oldu

Azərbaycanca, 18 ноября 2026 13:17 (UTC +04:00) 307
Polşada Baş naziri istefaya göndərmək cəhdi uğursuz oldu

Polşa Seyminin deputatlarının əksəriyyəti Baş nazir Donald Tuskun hökumətinə etimadsızlıq votumunun elan edilməsinin əleyhinə səs verib.

Day.Az xəbər verir ki, "TVP INFO" telekanalının məlumatına görə, təşəbbüsü 200 parlamentari dəstəkləyib, 242 deputat isə onun əleyhinə çıxış edib.

Səsvermə təşəbbüsü irəli sürən keçmiş baş nazir, hazırda "Razvitie plyus" partiyasına rəhbərlik edən Mateuş Moravetski hökuməti Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişədə, işsizliyin artmasında, büdcə kəsirinin böyüməsində və elektrik enerjisi qiymətlərinin yüksək olmasında təqsirləndirir

Təşəbbüsü müxalifətdəki "Hüquq və Ədalət" və "Konfederasiya" partiyalarının deputatları dəstəkləyib. Hakim "Vətəndaş Koalisiyası"nın nümayəndələri isə bunun əleyhinə səs veriblər.

Donald Tuskun rəhbərlik etdiyi hökumət 2023-cü ilin dekabrından hakimiyyətdədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости