https://news.day.az/azerinews/1875589.html Bu məhsul bazarda gizli satılır - VİDEO İlan balığının ovlanmasının qadağan edildiyi deyilsə də, paytaxt bazarlarında bu balığın satışına rast gəlinir. Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, məhsul əsasən sifarişlə anbarlardan gətirilir və açıq şəkildə deyil, gizli satılır. Hazırda bazarlara az miqdarda çıxarılan ilan balığının bir ədədi 3-4 manata təklif olunur.

Bu məhsul bazarda gizli satılır - VİDEO

Azərbaycanca, 19 ноября 2026 15:28 (UTC +04:00) 298
Bu məhsul bazarda gizli satılır

İlan balığının ovlanmasının qadağan edildiyi deyilsə də, paytaxt bazarlarında bu balığın satışına rast gəlinir.

Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, məhsul əsasən sifarişlə anbarlardan gətirilir və açıq şəkildə deyil, gizli satılır.

Hazırda bazarlara az miqdarda çıxarılan ilan balığının bir ədədi 3-4 manata təklif olunur. Əsasən Kür çayından, Neftçala və Zərdab rayonlarından gətirilir.

Satıcılar bildirirlər ki, ilan balığına tələbatın əsas səbəbi onun yağlı olması və dadıdır. Bu balıq növünün satışına əsasən dekabr ayında daha çox rast gəlinir. Mövsüm başlamazdan əvvəl isə bazarlara təsadüfi hallarda və az sayda gətirilir.

Balıqçılıq və Akvakultura Mərkəzinin açıqlamasına görə, ilan balığının ovlanması tam qadağan deyil. Baş Mil-Qarabağ, Baş Şirvan kollektorlarında və Kür çayında ümumilikdə 3 ton ov kvotası müəyyən edilib. Ov yalnız müvafiq icazə və sənədlər əsasında mümkündür. Bazarlarda gizli satış halları isə məhsulun mənşəyini təsdiqləyən sənədlərin olmaması ilə bağlı ola bilər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости