https://news.day.az/azerinews/1875729.html Bakı–Balakən qatarının hərəkəti bərpa edilir Noyabrın 20-dən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunur. Day.Az xəbər verir ki, qatar Bakı Dəmir Yolu Vağzalından saat 23:30-da yola düşəcək, saat 08:10-da Balakən Dəmir Yolu Vağzalına çatacaq.

Bakı–Balakən qatarının hərəkəti bərpa edilir

Azərbaycanca, 20 ноября 2026 10:11 (UTC +04:00) 278
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir

Noyabrın 20-dən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunur.

Day.Az xəbər verir ki, qatar Bakı Dəmir Yolu Vağzalından saat 23:30-da yola düşəcək, saat 08:10-da Balakən Dəmir Yolu Vağzalına çatacaq. Əks istiqamətdə qatar saat 21:10-da hərəkət edərək saat 06:01-də Bakı Dəmir Yolu Vağzalında olacaq.

Bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər avqustun 1-dən müvəqqəti dayandırılmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости