Gürcüstanda matəm elan olunub
Tbilisinin şəhərinin yaxınlığında yerləşən yaşayış binalarının birində baş vermiş faciə ilə əlaqədar Gürcüstanda 22 noyabr matəm günü elan edilib.
Day.Az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Hökumətin sərəncamına əsasən, matəm günü ilə əlaqədar Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, noyabrın 19-da Tbilisinin Poniçala rayonunda yaşayış binasının beşinci mərtəbəsində təbii qaz sızması nəticəsində partlayış baş verib. İnsident nəticəsində binin bir hissəsi dağılıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.
Partlayışın səbəbi və episentri müəyyən edilib. Buna qaz qızdırıcısı səbəb olub. Beşinci mərtəbədə yaşayan sakin gecə saatlarında qaz qızdırıcısını işə salmağa çalışıb. O bildirib ki, gecə cihazı işə salıb, sonra söndürüb, səhər yenidən işə salmağa çalışarkən partlayış baş verib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре