Əməktar artistin "Xoxan"da sonuncu rolu - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке
"Ələsgər Məmmədoğlu ilə iş birliyi bizim üçün böyük bir qürur idi. Onun işə yanaşması, məsuliyyəti, dəqiqliyi hər birimizi valeh etmişdi. Professionallıq gənc nəsili ona heyranlıqla baxmağa vadar edirdi. Ələsgər müəllimin şirin sözləri və zarafatları çəkiliş prosesinin daha da maraqlı keçməsinə səbəb oldu. Maraqlı bir nüans heç yadımdan çıxmaz bir neçə çəkiliş günündən sonra Ələsgər müəllimin səhhətində problem var imiş, o, bunu bizə demədən çəkilişlərə gəlməyi davam etmişdi. Biz bunu son çəkiliş günü öyrəndik".
Filmin prodüserlərindən olan Orxan Mərdan deyir ki, Ələsgər müəllimin evinə getməyinə baxmayaraq filmin təqdimatına gətirə bilmədi. Ələsgər müəllim "oğul, mən belə şeylərə öyrəşməmişəm utanaram biz təvazökarlığa öyrəşmişik" deyib təqdimata gəlmədi.
Filmin prodüserləri Orxan Mərdan və Zaur Mirzəzadə Allahdan Əlsgər müəllimə rəhmət diləyir.
Azərbaycan müasir kino tarixinin ən çox izləyici sayına malik "Xoxan" bədii filmi sizin istəyinizlə yenidən kinoteatrlara qayıdır. Əgər siz hələ də Rəftar və Qəhrəmanın başına gələn hadisələrdən bixəbərsinizsə, o zaman 31 dekabrdan kinoteatrlara tələsin. "Xoxan" bu dəfə sizlər üçün 2 dildə təqdim olunacaq. Orijinal Azərbaycan və yeni rus dilli versiyada. Nəzərinizə çatdıraq ki, filmi rus dillində aktyorlar özləri səsləndiriblər.
Ölkə: Azərbaycan
İl: 2014
Prodüserlər: Orxan Mərdan, Zaur Mirzəzadə
Rejissor: Samir Kərimoğlu
Rollarda: Elməddin Cəfərov, Fərda Amin, Şəhriyar Əbilov, Ələsgər Məmmədoğlu, Nigar İbrahimova, Aynur Hüseyn
Janr: Komediya
Sürəllilik: 84
Yaş məhdudiyyəti: 12+
Rusça treyler
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Azərbaycan dilində treyler
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре