Bu qidaları hər gün yeyin və arıqlayın - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке
Bəzi qidalar xəbəriniz olmadan da sizi arıqladır. Onları sadəcə gündəlik menyunuza daxil etməyiniz kifayətdir.
lent.az arıqladan möcüzəvi qidalarla sizi də tanış edir.
Darçın
Darçın ən qədim ədviyyatlar siyahısına başçılıq edir. Bu ədviyyat ümumiyyətlə, dadlandırıcı olaraq istifadə edilir. Araşdırmalar sübut edib ki, 6 həftə boyu bir çay qaşığının dörddə biri qədər darçın yemək, qandakı qlükoza miqdarını və pis xolesterolu azaldır. Bundan başqa, şəkəri metabolizə etmə qabiliyyətini də artırır. Şəkər xəstələri üçün faydalı olan darçın maddələr mübadiləsini sürətləndirir və çəki azalmasına kömək edir. Yağ toxumalarını asanca əridə bilmək qabiliyyətinə malikdir. Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün darçın olduqca təsirlidir.
Darçının tərkibindəki fermentlər qarın bölgəsindəki qan damarlarını xəbərdar edərək, xüsusilə, qarnın arıqlaması və göbək əritmə müddətini sürətləndirir.
Çəki azaldan darçın çayı: 3-4 çubuq darçın və 2 çay qaşığı balı bir stəkan su ilə qaynadın. Ardınca içərisinə 2 ədəd qərənfil əlavə edin və nahardan yarım saat əvvəl və yatmazdan bir saat əvvəl için.
Lobya (paxla)
Tam bir zülal anbarı olan paxla A, B9 və C vitamini, dəmir və maqnezium mineralları baxımından zəngindir. Eyni zamanda B5 vitamini və kalsium ehtiva edir. Bədənə güc və enerji verərək, fiziki və zehni yorğunluğu aradan qaldırar. Paxla qandakı pis xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Kalium nisbəti yüksək olan paxla nizamlı olaraq yeyilərsə, yüksək təzyiqi da aşağı salır. Dəmir tərkibi olduqca çox olan paxla qan azlığına da yaxşı təsir edir. Antioksidan tərkibi sayəsində isə bədənin xərçəngə tutulma riskini azaldır.
İnsulin və qan şəkəri səviyyəsini nəzarət altında saxlayır. Bu səbəbdən də şəkər xəstələri üçün faydalıdır. Bunun kimi bir çox faydası olan paxlalar çəki azaltma mövzusunda da çox faydalıdır. Lif baxımından olduqca zəngin olan paxla mədənin boşalma sürətini yavaşladaraq təbii iştah tənzimləyici kimi çalışan kolesistokinin hormonu səviyyəsini artırdığı üçün özünüzü tox hiss etmənizi təmin edir. Lifləri sayəsində qəbizlikdən əziyyət çəkənlər üçün məsləhətli qidadır. Məlumdur ki, qəbizlik problemi olmayan insanın arıqlama şansı da artır.
Hindqozu südü
Hindqozu südü ilə kokos suyu bir-birindən fərqlidir. Hindqozu suyu təzə Hindistan cəvizindən əldə edilir. Hindistan qozu südü rəndələnilmiş hindqozunun mətindən alınır. Hindqozu südü Omega 3 yağ turşularının toplanmasını təmin edir. Antibakterial olan bu qida eyni zamanda mikroblardan qoruma gücünə malikdir.
Hindqozu südü antioksidandır və immunitet sistemini gücləndirir. Hindqozu südü yağlı olsa da, ehtiva etdiyi yağlar maddələr mübadiləsi üçün lazımlıdır. Yalnız bir yemək payı yeyildikdə bu yağlar maddələr mübadiləsi sürətini daha da artırır. Bu da arıqlamağınıza kömək edən faktordur. Bundan başqa, həzm sisteminə və qida əmilməsinə kömək edir.
İspanaq
Qış tərəvəzlərinin vazkeçilməzləri arasında olan ispanaq A, B1, B2, C, E vitaminləri, fosfor, kalsium, dəmir, fol turşusu və müxtəlif minerallarla zəngindir. İspanağın kalorisi aşağıdır, amma vitamin və mineral baxımından qidalandırıcı bir tərəvəzdir. Məlum olduğu kimi, ispanaq qa azlığına da yaxşı təsir edir. Arıqlamaq istəyənlərin də ilk seçim edəcəyi tərəvəzlərdən biri ispanaq olmalıdır. İspanaq həzmi asanlaşdırır və sidik qovucu təsirə malikdir. Hər iki halın da arıqlamağa təsiri var. Çiy olaraq salatlarda yeyilən ispanaq zəngin lif qaynağıdır.
Bu yaşıl yarpaqlının bir sirri də iştahı azaldan zülalları bədənə gizlicə daxil edərək kalorilərlə vidalaşmağı təmin edir. İspanaqdakı bu zülallar yeməkdən sonra bədənimizdəki aclıq hormonlarını azaltmağa kömək olur. Sağlam arıqlamaq üçün əsas yemək vaxtı bir kasa qatıqlı ispanaq yeməyiniz məsləhətdir.
Zərdəçal
Zərdəçalın faktor maddəsi curcumindir. Curcumin bədəni xərçəngə qarşı qoruyur və şiş hüceyrələrinin çoxalmasına maneə törədir. Araşdırmalar sübut edib ki, curcuminin antioksidan təsiri E və C vitaminlərindən daha güclüdür. Zərdəçalın istifadə edilən hissəsi toz halına gətirilmiş köküdür. Hind ədviyyatlarından biri olan zərdəçaldakı faktor maddə yağların yandırılmasını təmin edir. Yağ toxumasının böyüməsini də qarşısını alır. Eləcə də həzmi asanlaşdırır, köp və şişi aradan qaldırır. Mədəni qüvvətləndirir, həzmi asanlaşdırır və bunun sayəsində arıqlamağınıza da kömək olar. Yeməklərdə istifadə edilən zərdəçal suda qaynadılaraq çay əlavə edilməklə içilə bilər. Zərdəçalı həmçinin bal ilə birlikdə də yemək olar.
Pomidor
Pomidor dəmir, kalium, kalsium və fosfor mineralları, eləcə də A, B və C vitaminləri baxımından olduqca zəngin qidadır. Xüsusilə tərkibində bol olan lif qabıqlarıyla yeyildikdə həzm prosesini asanlaşdırır. Pomidor mədə və bağırsaqların nizamlı işinə kömək olur, qəbizliyi aradan qaldırır. Yaxşı sidik qovucudur, bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasında iştirak edir. Dəri sağlamlığı üçün də faydalı olan pomidor yaşlanmağı gecikdirir, dərini canlandırıb təravət verir. Pomidor C vitamini və tərkibindəki turşular sayəsində maddələr mübadiləsi prosesini sürətləndirməyi təmin edir. Bu isə arıqlamağınıza kömək olur. Eyni zamanda, qaraciyərin yüksək miqdarda yağ tortasını süzməsinə də qatqısı var.
Faydaları:
- Kalorinizə nəzarət edirsinizsə, bədəninizin vitamin və mineral çatışmazlığı çəkməməsi üçün pomidor suyu içə bilərsiniz. Aşağı kalorili olan təzə pomidor suyu həm bədənin ehtiyac duyduğu suyu təmin edir, həm də daha uzun müddət toxluq hiss yaradır.
- Pomidorun A vitamini baxımından zəngin olması da saç sağlamlığı üçün faydalıdır. A vitamini saç köklərini gücləndirir və saça təbii bir parlaqlıq verir.
- Pomidor C vitamini və tərkibindəki turşular sayəsində maddələr mübadiləsi prosesini sürətləndirir. Bu isə arıqlamağınızı asanlaşdırır. A vitamini və kalium cəhətdən zəngin olan pomidorun içindəki turşular isə dərini dartır.
Qara bibər
Dünyada ən çox istifadə edilən ədviyyatlardan biridir. Bu ədviyyatın faydalarını saymaqla bitməz. Anormal ürək sürəti, çivzə, anemiya, astma, köp, damar sərtliyi, təzyiq xəstəlikləri, çiban, xərçəng, ürək və damar xəstəlikləri, kolik, soyuqdəymə, öskürək, qəbizlik kimi bir çox problemə qarşı olduqca təsirlidir. Qara bibər həzm sisteminin sağlam və nizamlı işini təmin edərək həzmi asanlaşdırır. Sidik və qaz sökdürücü təsiri ilə qəbizliyə kömək olur.
Bunlardan başqa, qara bibər mədə turşuluğu və həzm problemlərinə çarədir və bədəndəki yağları da yandırır. Qara bibərin tərkibindəki təsirli piper maddəsi sinir sisteminizə təsir edir və maddələr mübadiləsinin sürətini artırır. Beləcə, daha çox kalori yandırılmış olursunuz. Bundan başqa, metabolik müddətinə təsir edərək, yeni yağ hüceyrəsinin meydana gəlməsinə də maneə törədir.
Ananas
Ananas insan bədəni üçün sanki bir xəzinədir. Çünki tərkibində bədən üçün lazımlı olan vitaminlərin hamısı var. Bununla yanaşı, mineral baxımından da olduqca zəngindir və tərkibində 16 mineralı var. Ehtiva etdiyi su miqdarı çox olan bu qida arıqlamaq istəyənlər üçün də vacibdir. İçərisində olan zülal mayası yeməklərin zülalını parçalayır. Xüsusən də ət və ət məhsullarının həzminə təsir edir. Ananas həzm sisteminə birbaşa təsir edir və mədənin işini sürətləndirir.
Bağırsaqların da təmizlənməsini təmin edir, stressin qarşısını alır. Tərkibindəki B vitamini saçın parlamasına kömək edir, dərini nəmləndirir. Ananas immunitet sistemini xərçəngə qarşı hərəkətə gətirir və gücləndirir. Tərkibindəki bu xüsusiyyətləri ilə yağ yandırmaq qabiliyyətinə malik olan meyvə zülalı parçalayan və bədənin maddələr mübadiləsi sürətini artıran bromelain fermenti qaynağıdır. Sellülit müalicəsinə də kömək edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре