Prezident İlham Əliyevin yaratdığı Mərkəzin yeni rəhbəri kimdir? - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Milli.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Müşahidə Şurasının qərarına əsasən, Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, bunadək Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
V.Qasımlı 7 aprel 1975-ci anadan olub. O, 1992-ci ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Onun ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan aldığı jurnalistika üzrə magistr dərəcəsi üzrə olub. V.Qasımlı 2009-cu ildə iqtisadi elmlər üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə edib. V. Qasımlıya 2013-cü ildə dosent elmi adı verilib. O, həm də Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğuldur.
V.Qasımlı dünyanın bir sıra nüfuzlu universitetlərində - Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio-de-Janeyro Universitetində - ictimai mühazirələr oxuyub. 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq professor kimi çalışıb.
Bu vaxta kimi Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi işıq üzü görüb. Onun xüsusilə "Resursla zəngin ölkələr: Modernizasiya və Diversifikasiya" və "Geoiqtisadiyyat" adlı kitabları ölkədə və dünyada böyük şöhrət qazanıb.
V. Qasımlıya 2012-ci ildə Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatı verilib.
Əmək fəaliyyəti dövründə Avropa İttifaqının eksperti kimi də çalışan V.Qasımlı 2015-ci ildə "Böyük 20-lər"in çərçivəsində fəaliyyət göstərən T20-də Azərbaycanı təmsil edib, 2016-cı ildən isə Asiya İnkişaf Bankının iqtisadi inkişaf və inklüzivlik məsələləri üzrə məsləhətçisidir.
Azərbaycan, ingilis, rus, türk və ispan dillərini bilir. Ailəlidir və üç övladı var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре