İsmayıllıda torpaq sürüşməsi - kütlə evlərə doğru hərəkət edir

Day.Az представляет новость на азербайджанском языке

İsmayıllıda torpaq sürüşməsi baş verib.

ARB Şəki xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə baş verən torpaq sürüşməsi nəticəsində torpaq kütləsi həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İsmayıllıda torpaq sürüşməsi - kütlə evlərə doğru hərəkət edir