"Evdə gəzəndə başımıza daşlar düşür" - FOTO - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
İsmayıllının İkinci Yeni yol kəndində yaşayan Ələsgər Hüseynovun evi 5 il öncə baş verən sürüşmə nəticəsində yararsız hala düşüb.
ARB Şəki xəbər verir ki, sürüşmə zamanı yaranan dərin çatlar və təhlükəli vəziyyət başqa yaşayış yeri olmayan ailə üçün qorxu yaradır.
Fəridə Hüseynova - evi qəzalı vəziyyətdə olan: "Mənim evim o vəziyyətə gəlib çıxıb ki, evin içində gəzəndə daşlar başımıza düşür".
Ümumiyyətlə isə 2007-ci ildən bu yana İsmayıllıda baş verən sürüşmələrdən sonra 886 sakin hazırda qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Artıq rayonda bu evlərdən 6-sının tikintisinə başlanılıb. İsmayıllı rayon FHK-dan isə bildirdilər ki, növbəti mərhələdə digər vətəndaşların da evləri tikiləcək. Bu ilsə İsmayıllıda baş verən torpaq uçqunları xüsusilə rayonun Diyallı, Sədiyan, İstisu və Güyüm kəndlərində yaşayan əhali üçün problemlər yaradıb.
Builki sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlərin də evlərinin yaxın zamanlarda yenidən tikiləcəyi gözlənilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре