Spirtli içkinin sağlamlığa vurduğu zərərlər

Day.Az представляет новость на азербайджанском языке

Spirtli içki, insanın zehnini bulandıran və sağlam düşünməsinə mane olan bir maddədir. Spirtli içki istehlak edən şəxslər özünün idarəetmə qabiliyyətini və şüurunu itirir və sağlam düşünə bilmirlər.

Day.Az deyerler.org-a istinadən bildirir ki, spirtli içki istifadə edən insan özü və ətrafı üçün potensial təhlükədir.

İndi isə, gəlin spirtli içkinin sağlamlığıa vurduğu zərərlər ilə yaxından tanış olaq:
- Baş ağrısı və mədə qanaxmasına səbəb olur.
- Yaddaş itkisi və müvəqqəti korluğa səbəb olur.
- Beyin və sinir hüceyrələrinə qalıcı ziyan vurur.
- Uşaqların inkişafına mənfi təsir edir.
- Ətrafınızdakı insanların sizdən uzaqlaşmasına səbəb olur.
- Mədə, yemək borusu, boğaz və pankreas xərçənginə səbəb olur.
- Yuxu pozğunluqlarına səbəb olur.
- Danışma çətinlikləri, dil dolaşıqlığına səbəb olur.
- Hər hansı bir xəstəliyə tutulma riskini yüksək nisbətdə artırır.
- Bir çox psixoloji pozğunluğun daha da pis istiqamətə getməsinə səbəb olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.