Zobun bu növü qısa zamanda xərçəngə çevrilir - HƏKİM RƏYİ

Day.Az представляет новость на азербайджанском языке
"Zobu olan xəstələr vaxtında həkimə müraciət etməlidir, əks halda xərçəng ola bilər".
Bunu Metbuat.az-a açıqlamasında endokrinoloq Səadət Fətəliyeva deyib: "Fibroz tiroid müalicə olunmasa, xərçəngə çevrilə bilər. Çünki zobun bu formasında limfa sistemi də prosesə qoşulur. Limfa düyünləri şişir və qanda ciddi patoloji dəyişikliklər baş verir. Vaxtında həkimə müraciət etmək lazımdır ki, düzgün difrensasiya getsin və müalicə olunsun".
Həkim əlavə edib ki, "Autoimmun tiroid"lər zob xəstəlikləri arasında ən çətin müalicə olunan xəstəlikdir. Bu kəskin tiroidin gecikmiş formasıdır. Kəskin tiroid zamanı hormonal dəyişikliklər olmur, ancaq qanda dəyişikliklər baş verir, temperatur qalxır. Bu zaman vitamin və minerallarla immunitet sistemini gücləndirmək lazımdır.
Zob xəstəliyi necə yaranır?
Həkim deyib ki, zob xəstəliyi 17-18 yaşdan sonra əmələ gəlir. Bu yaşa qədər zob xəstəliyi olmur, əgər anada zob yoxdursa. Buna səbəb "Antiqanadatrop" adlı hormonun səviyyəsinin yüksək olmasıdır. Bu hormonun səviyyəsi yüksək olduqda boy hormonunun da səviyyəsi yüksək olur. Bu yaşda boy artımı olur. "Antiqanadatrop" hormonu insanları nəinki zob xəstəliklərindən, bütün xəstəliklərdən müəyyən qədər qoruyur.
Həkim əlavə edib ki, zob xəstəliklərinin əmələ gəlmə səbəblərindən ən başlıcası badamcıqların (Qlandaların) uşaq yaşlarında kəsilməsidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре