Akif Əlizadə: "Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın adı çəkilmir"

Day.Az представляет новость на азербайджанском языке

"Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

A.Əlizadə xaricdəki Azərbaycan alimlərinin imkanlarından istifadə etmək istədiklərini deyib: "Çox istərdik ki, onların imkanlarından istifadə edək. Amma buna nail ola bilməmişik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz diasporlarımızdakı alimlərimizi buraya dəvət edib məruzələrini dinləyək ".

AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib ki, alimlər üçün gənclik yaşının 35-dən 29-a endirilməsi lazımdır: "Bəzi ölkələrdə hər bir peşə üçün differensiyallaşdırılmış gənclik yaşı tətbiq edilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.