4-cü İslam Həmrəyliyi Oyunları, “Domestic Grassroots” proqramı çərçivəsində “Regional Idman Tedbiri”

Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunları "Domestic Grassroots" proqramı çərçivəsində "Regional Idman Tedbirləri" həyata keçirilir.
Hər bir region üzrə regionun Olimpiya İdman Kompleksində baş tutan bu tədbirlər məktəblilər arasında idman müsabiqələrinin təşkilini əhatə etməklə, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və məktəblilərin idmana cəlbi məqsədini daşıyır.
Proqram çərçivəsində bu zamana qədər aprelin 7-də Naxçıvan, aprelin 9-da Astara, aprelin 11-də Şirvan, aprelin 13-də Sabirabad, 15 Aprel Ağcabədi, 17 Aprel Fizuli, 19 Aprel Gəncə, 21 Aprel Şirvan, 23 Aprel Mingəçevir, 25 Aprel Qax, 27 Aprel Qəbələ, 29 Aprel Qusarda, 1 May Qubada, 3 May Qaradağ və Mayda Sumqayıtda möhtəşəm layihələr baş tutmuşdur.
Sözügedən regionlarda tədbirin açılış mərasimində müvafiq olaraq yerli İcra Hakimiyyəti oraqnının yetkili şəxsləri, Gənclər və İdman Nazirliyinin rayonlar üzrə nümayəndələri, eyni zamanda "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi, "Domestic Grassroots" layihəsinin rəhbəri Ülviyyə Əkbərova çıxış etmişlər. Onlar öz çıxışlarında İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verərək, oyunların ölkəmiz üçün əhəmiyyətindən bəhs ediblər.
Məlumat üçün deyək ki, sözügedən idman festivallarında İslam Həmrəyliyi Oyunlarının İdmançı səfirləri Hacı Əliyev, Rəsul Çunayev və Bakı 2017, 4cü İslam Oyunlarının ulduz səfirləri, Bu Şəhərdənin tanınmış simaları - Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov və eyni zamanda Ulduz Səfirlər Tünzalə Ağayeva, Hacı Nuran Hüseynov iştirak etmişdir.
Hər region üzrə 50 qız və 50 oğlan olmaqla, 100 nəfər şagirdin yarışdığı bu müsabiqədə qalib gələn 1ci, 2ci və 3cü yer sahiblərinə Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, kiçik hədiyyələr və 1ci yeri tutmuş komandanın hər bir üzvünə isə "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının bağlanma mərasiminə biletlər təqdim olunmuşdur.
"Domestic Grassroots" proqramı çərçivəsində təşkil olunan "Sport joys - Regional idman tədbiri" may ayının 5-də başa çatmışdır
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре