Pomidor şirəsi hansı xəstəliklərdə qadağandır?

Day.Az представляет новость на азербайджанском языке

Tərkibində olan xeyirli maddələr orqanizmə müsbət təsir göstərir. Fitonsidlər- bağırsaqda olan qıcqırma prosesini sakitləşdirir, kalium- ürəyin işini yaxşılaşdırır, orqanik turşularisə maddələr mübadiləsini tənzimləyir. Day.Az saglamolun.az-a istinadən bildirir ki, tərkibinə C, B vitaminləri, karotin olan bu məhsulu hamiya tövsiyə etmək olar. 

Milli.Az azadqadin.az-a isitnadən bildirir ki, o, ürək - damar sistemi xəstəliklərinə müsbət təsir göstərir  və qəbizliyin aradan qaldırılmasına kömək edir. Azkalorili olduğu üçün artıq çəkili insanlara da icazə verilir. 2 stəkan pomidor şirəsi, orqanizm üçün  C və A vitaminlərinə olan gündəlik tələbatı ödəyir. Həmçinin hipertonik xəstəliklərdə də məsləhət görülür. 
Bu şirəni yeməkdən  20-30 dəqiqə əvvəl içmək lazımdır, çünki o, mədə və bağırsağın həzm  hazırlığını gücləndirir. Şirəyə duz əlavə edildikdə müalicəvi xüsusiyyətləri azalır. Bunun əvəzinə əzilmiş sarımsaq və ya göyərti (şüyüd, petruşka) əlavə etməniz məsləhətdir. 
Vitaminlər, duz və mikroelementlərlə zəngin olan bu içki, hüceyrələri zədələnmədən qoruyur, birləşdirici hüceyrələrin yaranmasını stimullaşdırır, hormonların sintezini  gücləndirir və sinir sisteminin fəaliyyətini bərpa edir. 
Yalnız unutmayın ki, kəskin qastrit, mədə yarası xəstəlikləri, pankreatit və xoletistit kimi xəstəlikləri olan insanlar üçün qadağandır. Zəhərlənmə hallarında da qəti qadağan sayılıb, hətta zəhərlənməni daha da gücləndirməsi söylənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.