Taleh 18 minlik cəriməsini ödəyib?

Bir neçə gün əvvəl aktyor Taleh Yüzbəyov bağladığı kafesinin 18 min manat cərimələndiyini açıqlayıb.

Day.Az olay-a istinadən bildirir ki, sənətçi instaqram səhifəsində izləyicisinin "Borclarınızı biraz bağlaya bildiniz?" sualını cavablandırıb.

Yüzbəyov bildirib ki, borcunun çox hissəsini bağlayıb:

"Borcumun böyük hissəsini bağlamışam, azı qalıb. Keçən iki il ərzində demək olar yalnız onunla məşğul olmuşam. Artıq özümə gəlirəm".

Qeyd edək ki, T.Yüzbəyov bloger Xatirə ilə evlidir. Cütlüyün 2 övladı var.