Velosiped zolaqları niyə yolun yarısında kəsilir?

Avtomobil yolunun hardasa bitdiyini nadir hallarda görmək olar. Amma bu zolaqlar yolun yarısında qurtarır.

Belə hallara daha çox mərkəzə yaxın və avtomobil yollarının sıx olduğu ərazilərdə rast gəlinir.

Bülbül prospekti istiqamətində də oxşar vəziyyət hökm sürür.

Day.Az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, mövcud bazar iqtisadiyyatı çərçivəsində bu xidmətlərin qiymətlərinə süni şəkildə müdaxilə etmək doğru olmaz. Ancaq rəqabət mühiti yaranarsa, qiymətlər enə bilər.

Müvafiq zolaqların davamlılığı ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də müraciət etdik. Bildirildi ki, paytaxtda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Hazırda 35 km uzunluğunda mikromobillik zolağı yaradılıb və belə yolların çəkilişi davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.