Cavanşir Məmmədov: “Bunlar yalan söhbətdir”

Day.Az представляет новость на азербайджанском языке.
 

Cavanşir Məmmədov jurnalistləri yalan xəbər yazmaqda ittiham edib.

"Qafqazinfo"ya açıqlamasında müğənni Cavanşir Məmmədov jurnalistlərin dediklərini təhrif etdiklərini bildirib:

"Mən toy biznesindən razıyam, heç bir şikayətim yoxdur. Bunlar yalan söhbətdir. Kim deyirsə, Cavanşir şikayətlənib, yalan deyir. Qəzetlərdə yalandan yazanlar indi gəlib oturublar saytlarda. Məndən soruşublar ki, qiyməti qaldırmısınız? Demişəm, xeyr. Niyə yalan məlumat yayırsınız?"

Qeyd edək ki, müğənni açıqlamalarının birində toy biznesinin zəiflədiyindən, toy "maklerləri"nin bu biznesi ələ aldıqlarından şikayətlənmişdi.