Nərgiz Mütəllimova: "Kişi ilə bir evdə yaşaya bilmərəm"

Day.Az представляет новость на азербайджанском языке:
Müğənni, aktrisa Nərgiz Mütəllimova şəxsi həyatından danışıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində aktrisa ikinci dəfə ailə qurmamasının səbəbini açıqlayıb:
"Bir dəfə ailə qurub ayrılmışam. İndi təkliyə öyrəşmişəm. Düşünürəm ki, kişi ilə bir evdə yaşaya bilmərəm. Çoxlu evlilik təklifləri alıram. İçərisindən ürəyimcə olanı yoxdur. İndi kişilər qadına pula görə yaxınlaşır, niyyətləri təmiz deyil. Hamısı maddi dəstək güdür. İstəyərdim ki, kişi mənə maddiyata görə yox, həqiqətən istəyib dəyər versin. Bacım Firəngiz (xalq artisti Firəngiz Mütəllimova) həmişə deyir: evimin kişisi də, xanımı da özüməm".
Yaradıcılıq işlərindən bəhs edən N.Mütəllimova "Bacanaqlar"dan başqa serialda çəkilməyəcəyini deyib:
"Çox seriallara dəvət alıram. Amma getmirəm. "Bacanaqlar"da isə Firəngiz olduğu üçün razılaşmışam. Teatrşünaslığı bitirmişəm, amma aktrisalıq mənim üçün çətindir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре