Günay İbrahimli: “Aqil məni ağlatdı...”- FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Günay İbrahimli "Huzur" mahnısına klip çəkdirib. "Qafqazinfo"nun məlumatına görə, ifaçı hazırda montaj prosesində olan ekran işinin kameraarxasında baş verənlərdən danışıb:

"Mahnının musiqisi və sözləri Tural Bayraməliyevə aiddir. Rejissor Aqil M.Quliyevdir, operatorumuz Pilonskiy Moskvadan gəlib. Klipin prodüseri Toma Hüseynəliyevadır, fotoqraflarımız Fərhad, Tamerlan. Nicat və Fuad çox əziyyət çəkdilər. Klip çəkilişi 17 saat çəkdi. Xüsusi texnika gətirilmişdi, hətta "Avatar" filmində istifadə olunan kamera ilə çəkilib. Çəkilişin bir hissəsi hava limanında oldu. Aqil məni ağlatdı, çox maraqlı klip alınıb, bu yaxınlarda sevənlərimə təqdim edəcəm. İnanıram ki,bəyəniləcək".

Böyütmək üçün şəkillərə klikləyin: