Ledi Qaqa və Azis Bakıda - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Şoumen Ruslan M və Azərbaycanın ilk travesty aktyoru Ledi Slim uzun fasilədən sonra yenidən bir araya gəliblər. SİA-nın məlumatına görə, cütlük bu dəfə dünya şöhrətli ulduzları parodiya ediblər. Ruslan tanınmış Bolqar müğənnisi Azisi, Ledi Slim isə özünün ən parlaq obrazlarından biri olan Ledi Qaqanı canlandırıb. Bu obrazlarla məşhur cütlük qonşu ölkələrin klublarında bir neçə konsert proqramı ilə də çıxış ediblər.

Qastrol səfərindən geri dönən cütlük həmin proqramla Bakıda da ilk Avropa Oyunları ərəfəsində konsert proqramı ilə çıxış etməyi düşünürlər. Cütlük məşhurların obrazları ilə fotosessiya da ediblər.

Böyütmək üçün şəkillərə klikləyin: