https://news.day.az/society/346276.html
Şok - ölümə aparan yol
Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
Sifət solğun, vücud soyuq və tərli, gözlər göz çuxuruna düşmüş, çətin nəfəsalma, dodaqlar və ayaqlarda göyərmə, arterial təzyiq aşağı, nəbz zəif...
Bu əlamətlər şok nəticəsində baş verir. Şok həddindən artıq dağıdıcı təsirlərə qarşı orqanizmin verdiyi ümumi cavab reaksiyasıdır. O, əsasən travmalar, güclü qanaxmalar, ağır dərəcəli yanıqlar zamanı qan plazmasının itirilməsi, orqanizmdə susuzluq, çoxsaylı qusma, ishal, cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində baş verir.
Şok orqanları sıradan çıxarır
15 saylı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Nubar Cəfərova deyir ki, vaxtında həkim tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə şokun təsirindən xəstə 20-30 dəqiqə ərzində boğulmadan, 24-48 saat ərzində müxtəlif orqanların sıradan çıxması nəticəsində dünyasını dəyişə bilər:
"Şok etioloji və patogenetik əlamətlərinə görə təsnif olunur. Bu baxımdan şokun septik, travmatik, kardiogen, anafilaktik kimi növləri ayırd edilir. Septik şok əsasən infeksion xəstəliklər zamanı yaranır və hər xəstəlik zamanı özünəməxsus kliniki-patogenetik xüsusiyyətləri olur. Septik şokun 3 mərhələsi ayırd edilir. Konsepsiya olunmuş şok, subkompensasiya olunmuş şok və dekompensasiya olunmuş şok. Kliniki olaraq şokun dərəcələrinin qiymətləndirilməsində başlıca kriteriyalar əsasən bunlardan ibarətdir: nəbzin, tənəffüsün sayı, arterial təzyiqin səviyyəsi".
Həkimin sözlərinə görə, konsepsiya olunmuş şok zamanı yüksək hərarət, beyin oyanıqlığı, narahatlıq, psixi pozğunluq, təngnəfəslik və taxikardiya, infeksion xəstəlik zamanı bədən hərarətinin yüksəlməsi kimi simptomlar müşahidə edilir:
"Subkompensasiya olunmuş şok zamanı tormozlanma, depressiya, dərinin avazıması, taxikardiya və bədən hərarətinin enməsi müşahidə olunur. Dekompensasiya olunmuş şok zamanı isə xəstədə huşun pozulması baş verir. Nəbz çətinliklə müəyyən edilir, ürək tonları karlaşır, arterial təzyiq aşağı olur. Dərin intoksikasiya (zəhərlənmə) və orqanlarda geri dönməyən ikincili dəyişikliklər meydana çıxır".
Travmatik şokdan ölənlərin sayı çox olur
N.Cəfərovanın dediyinə görə, travmatik şok şokun daha geniş yayılmış və həyati təhlükəli növü olub, ağır mexaniki travmanın orqanizmə təsirindən yaranır. Travmatik şokdan ölüm faizi yüzdə on, yüzdə iyirmi təşkil edir. Travmanın təsirindən orqanizmdə yaranan funksional dəyişikliklər mürəkkəb və müxtəlifdir. Şokun başlanğıc mərhələsində xəstənin vəziyyətinin ağırlığını müəyyənləşdirən başlıca faktorlar qan itkisi və ağrıdır.
Travmatik şokun təsirindən mikrosirkulyasiya pozulur, qanda morfoloji dəyişikliklər baş verir. Eritrositlərdə aqreqasiya əlamətləri inkişaf edir. Qanın plazması kapilyar şəbəkədən toxumalara keçir, eritrositlər isə bir-birinə yapışaraq funksional keyfiyyətlərini itirirlər. Əgər bu proses uzun müddət davam edərsə, eritrositlər kapilyarlarla birgə məhv olaraq şoku geri dönməz edir. Ürək döyüntüsünün azalması orqanlarda, ən əvvəl koronar qan cərəyanını azaldır. Bu isə miokardın zədələnməsi, ürək çatışmazlığı ilə müşayiət olunur. Sonralar isə qan dövranı sistemində pozğunluqlar getdikcə irəliləyir. Adrenal sistemin fəallaşmasına təkcə qan itkisi yox, eləcə də daim travmanı müşayiət edən ağrı da səbəb olur.
Qan itkisi vaxtında bərpa edilmədikdə...
Həkim bildirib ki, qan itkisi və ağrı sindromunun nəticəsində mübadilə proseslərinin intensivləşməsinin kəskin artması müşayiət olunur. Bu isə qan dövranı pozulmuş orqanizmi əlverişli olmayan çıxılmaz vəziyyətə salır. Ən nəhayət, baş beynin oyanıqlığı artır. Bu isə şokun erektil fazasını formalaşdırır.
Qan itkisi vaxtında bərpa edilmədikdə, mübadilə proseslərinin pozulması, toxuma və hüceyrə baryerinin keçiriciliyinin artması, hüceyrələrdən bioloji aktiv maddələrin xaric olunması yaranır.
Tənəffüz pozğunluğu həmişə ağır travmanı müşayiət edir. Travmalar zamanı qabırğaların çoxsaylı sınıqları, prevmotoraks nəticəsində ağciyərlərdə qaz mübadiləsi pozulur, hipoksiya yaranır.
Kardiogen şok nədir?
N.Cəfərova vurğulayıb ki, kardiogen şok miokard infarktı, ürək ritminin pozulması nəticəsində meydana çıxan kəskin qan dövranı pozğunluğudur. Bu halı ancaq reanimasion tədbirlərlə aradan qaldırmaq mümkündür. Vaxtında belə tədbirlər görülmədiyi təqdirdə isə kardiogen şok beyin ölümü ilə nəticələnir:
"Kardiogen şok zamanı ürəkdə ağrılar olur. Bu ağrı nəticəsində də ürəyin fəaliyyətində problemlər ortaya çıxır. İlkin tibbi yardım kimi ağrı neytrallaşdırılmalı və ürəyin normal fəaliyyəti bərpa olunmalıdır".
Vaksin, vitamin, yemək... ölmək...
Həkimin sözlərinə əsasən, anafilaktik şok - şokun ən ağır formalarından biri sayılır. Şokun bu növü çox qısa bir müddət ərzində inkişaf edir. Anafilaktik şok orqanizmə iynə vasitəsilə dərman preparatı yeridilərkən baş verir. Bəzi dərman preparatları, xüsusən də antibiotiklər, vaksinlər, vitaminlər insanlarda anafilaktik şok yaradır.
Bəzən vaxtı keçmiş ərzaq məhsulları da anafilaktik şokun yaranmasına səbəb olur.
Anafilaktik şok əsasən dərman preparatının orqanizmə yeridilməsindən bir neçə dəqiqə sonra, vena daxilinə yeridilərkən isə bir neçə saniyə sonra baş verir. Anafilaktik şok zamanı xəstədə zəiflik, başgicəllənmə, güclü baş ağrısı, qusma, başgicəllənmə, boğulma və sıxılma, təngnəfəslik və sair kimi hallar müşayiət olunur. Həkim tərəfindən lazımi tibbi yardım göstərilmədiyi təqdirdə qıcolmalar, huşun itməsi, tənəffüs və ürək dayanması baş verir. Bu da ölümlə nəticələnir.
Nə etməli?
N.Cəfərova deyir ki, hospitalaqədər dövrdə, yüngül şok zamanı qanaxmanı dayandırmaq və şokogen impulsasiyanı aradan götürməklə kifayətlənmək olur. Ağır şok zamanı isə intensiv terapiyada qan itkisi bərpa edilməli, metabolik pozğunluqlar korreksiya edilməlidir. Şoklu və ağır travmalı xəstədə ağrısızlaşdırma evakuasiyanın bütün mərhələlərində aparılmalıdır. Hadisə yerində, xəstə maşına qoyulduqda, maşının salonunda müayinə və yardım zamanı ağrısızlaşdırma apararkən istənilən vasitə və metoddan istifadə etmək mümkündür, bu şərtlə ki, onun mənfi, müsbət cəhətləri barədə aydın təssəvür olsun.
"Şok dərman preparatının yeridilməsi nəticəsində baş veribsə, dərmanın yeridilməsi dayandırılmalı, dərmanın yayılmasının qarşısı alınmalıdır. Ağır şok zamanı infuzion terapiyada poliqlükinə üstünlük verilir. Preparatın yeridilmə sürəti xəstənin vəziyyətinin ağırlığından asılı olur. Əgər təzyiq ölçülmürsə, infuziyanın sürəti dəqiqədə 200-500 ml olmalıdır. Bu vaxt infuziya elə aparılmalıdır ki, 5-7 dəqiqə ərzində təzyiqi müəyyən etmək mümkün olsun. Sonrakı 15 dəqiqə ərzində isə infuziya elə aparılmalıdır ki, təzyiq 90 mm civə sütununa çata bilsin. Yalnız bundan sonra infuziyanın tempini azaltmaq olar. Ağır hallarda bir və ya iki periferik venalara giriş təmin olunmalıdır. Yuxarı tənəffüs yollarının keçiriciliyi bərpa edilməlidir.
Xəstədə təngnəfəslik, qıcolmalar, huşun itirilməsi kimi simptomlar müşahidə edildiyi təqdirdə ona əzələ daxilinə suprastin, tavegil və ya dimedrol preparatı yeridilməlidir. Şok nəticəsində xəstədə tənəffüsün dayanması baş verərsə, ona təcili olaraq süni tənəffüs verilməlidir. Ürək dayanması baş verdiyi təqdirdə isə xəstənin ürəyi qapalı masaj edilməlidir.
Şokun bütün növlərində xəstə mütləq həkim tərəfindən müayinə olunmalıdır".

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре