Avtomobil 2 nəfəri vuraraq öldürüb, sürücü qaçdı Day.Az представляет новость на азербайджанском языке:

Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.