Bakıda rəhbəri həbs edilən şirkətin yeni direktoru da fırıldaqçı çıxdı
Day.Az представляет новость на азербайджанском языке.
Ötən ilin dələduzluğa görə həbs edilən tikinti şirkəti yenə dələduzluqda ittiham olunub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən ilin fevral ayında təsisçisi və direktoru həsb edilən, noyabrda isə həbs olunanlara 8 il hökm oxunan "Əzizbəy -KM" MMC-dən yenə şikayət var.
Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edərək bildirib ki, bu ilin iyul ayında ş direktoru Abbas Hacıyevə mənzil almaq üçün 36 min manat verib.
Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə "sahibi" var imiş. Eyni mənzil bir neçə adama satılıb.
Xatırladaq ki,ötən il MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar.
Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре