Metropolitendə yeniliyə imza atılır

Day.Az представляет новость на азербайджанском языке.

Sosial reklamların Avropa Oyunları ilə əlaqəsi yoxdur. Sosial reklamlar indi də var.   

Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.   

N.Paşayev sosial reklamların yığışdırılmadığını söyləyib: "Sadəcə, daha sonra ticari reklamlar yerləşdirilməyə başladı və sayları da günbəgün artır. Ola bilsin kiməsə elə gəlir ki, sosial reklamlar azalıb.   

Əslində, qətiyyən azalmayıb. Ticari reklamlar üçün ayrıca reklam lövhələri quraşdırılır. Reklamlardan gəlir birbaşa Metropolitenə gəlir. Reklamverən müəssisə birbaşa, heç bir vasitəçi olmadan Metropolitenlə müqavilə bağlayır". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.