Bakıda qadının maşınını bayram günü qaçırdılar

Day.Az представляет новость на азербайджанском языке:

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 31-də Bakı şəhər sakini Aynur Nəsrəddinova polisə müraciət edərək həmin gün "Hyundai" markalı avtomobilinin qaçırılmasını bildirib.

DİN Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini Anar Əhmədov tutulub.