Xalq artisti: "Heç vaxt Şahdağda olmamışam"

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Faiq Ağayev istirahətə gedə bilməməkdən şikayətlənib. 

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. O, 5 ildir dincəlmədiyini etiraf edib:

"Sonuncu dəfə 2011-ci ildə istirahət etmişəm. Alınmır, işlər çoxdur. Bəzi işlər var ki, Bakıda olmağımı tələb edir. Elə istirahət istəyirəm ki, telefonu söndürüm, ancaq anamla əlaqə üçün yandırım. Belə dincəlmək istəyirəm. 

Mən heç vaxt Şahdağda olmamışam. İsti ölkələri sevirəm. Qış olan yerə istirahətə getmirəm. Yay dəniz, xudmani ev, ləpədöyən görünsün... Mənim istirahətim budur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.