Əkizlər bir kişiyə ərə gedir

Day.Az представляет новость на азербайджанском языке

Bir-birinə ən çox bənzəyən tək yumurta əkizləri olaraq məşhurlaşan bacılar - Anna və Lusi yenidən gündəmə gəliblər.

Day.Az 1xəbər.com-a istinadən bildirir ki, Avstraliyanın Pert şəhərində yaşayan əkiz bacılar dörd ildir eşq yaşadıqları Ben Börn ilə evlənmək arzusuna düşüblər.

Ancaq ölkədə üç nəfərlik evlilik qanunlara ziddir. Əkiz bacılar sevgililəri ilə nikaha girə bilməsələr də, gəlinlik geyinib, toy çaldırmaq niyyətindədirlər. 

"Eyni vaxtda hamilə qalmaq istəyirik. İstəyirik ki, Börndən çoxlu uşaqlarımız olsun. Biz bacılar arasında heç vaxt qısqanclıq olmur. Çünki Börnün ikimizi də eyni dərəcədə sevdiyini bilirik", - deyən əkizlər belə görünür ki, hələ uzun müddət dünyanı təəccübləndirməyə davam edəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.