Saxta və keyfiyyətsiz məhsulları bu yolla satırlar - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Bir çox saytlarda reklam tərkibli linklər peyda olub. Guya damar genişlənməsi, varikoz kimi halları müalicə edən preparatlar satırlar. Yaxud da dərini cavanlaşdıran krem və ya digər kosmetik vasitələr.
Day.Az xezerxeber.com-a istinadən bildirir ki, qiymətin ucuz, məhsulun isə keyfiyyətli olmasını göstərmək üçün saytda məhsul haqda məlumatdan çox alıcıların şərhlərinə yer verirlər. İşin əmması da burda ortaya çıxır. Azca araşdıranda görürsən ki, məhsulu tərifləyənlərin hamısı saxta obrazlardır.
Məsələn krem satan saytda yüksək kateqoriyalı hakim-kosmetoloq kimi təqdim edilən bir mütəxəssisin adi kişi, familiyası qadındır- Elçibəy Məmmədova. Şəklində isə şərqi Asiyalı bir qadın var. Məhsulu tərifləyən daha bir dermatoloqun yenə adı kişi, familiyası qadın, şəkldəki də şərqi Asiyalı xanımdır- Qaçay Cəfərova.
Alıcı kimi məhsuldan razı qaldığını yazan Gözəl Qazaxlı adlı xanımin şəkli yenə də şərqi Asiyalı bir qadındır. Yəqin ordan Qazaxa köçüb. Guya sosial şəbəkələrdə də bu kosmetik vasitələr, kremlər haqda qızğın müzakirələr gedirmiş təsəvvürünü yaratmaq üçün paylaşılan status və rəyləri də saytda yerləşdirirlər.
Qadın şəkli ilə rəy yazıb adının kişi olduğu alıcılar da var. Rüfət və Vəli kimi. Plastik cərrah kimi təqdim etdikləri həkimin soyadı da yenə qadin soyadıdır- Həkim Qasımova.
Bu saytlarda satılan məhsulların yeganə reklamı alıcıların yazdığı şərhdir. Amma görəsən indi sadaladıqlarımız qüsurlarla hansı müştəri bu saytda reklam olunan məhsulaun keyfiyyətli olduğuna inanib sıfariş verər? Reklamı paylaşan saytlarla əlaqə saxlayıb bu sualı verdik. Bir nala vurdu, biri mıxa.
Mütüxəssislər isə əhalını belə reklamlara çox da güvənməməyə çağırır. Çünki istifadə etdikləri taktikalar heç bir marketinq və reklam əxlaqına sığmır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре