Alsu üçüncü dəfə ana oldu

Day.Az представляет новость на азербайджанском языке
Tanınmış Rusiya müğənnisi Alsu üçüncü dəfə ana olub.
Day.Az ATV.Az-a istinadən bildirir ki, İsraildə dünyaya gələn uşağa Alsunun qayınatası - Rafael Abramovun adını qoyublar.
Alsunun həyat yoldaşı Yan Abramov məlumatı təsdiqləyərək, tezliklə yoldaşı və yeni doğulmuş körpə ilə birgə Azərbaycana gələcəklərini vəd etdi: "Təbriklərə görə çox sağ olun, Alsu da öz salamlarını Azərbaycana çatdırır. Ən yaxın zamanlarda Azərbaycana uşaqlarımızla birlikdə gələcəyik və yeni doğumuş körpəmiz də dədə-baba yurdunu görəcək".
Qeyd edək ki, bizdə olan məlumata görə, əslən bakılı olan rusiyalı iş adamı Yan Abramovun Azərbaycandakı biznesi fırıldaqçıların əlinə düşüb. Onun Bakıya gələcəyi təqdirdə bu məsələyə də aydınlıq gətirilə bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре