https://news.day.az/azerinews/1773702.html Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə  Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur

Azərbaycanca, 12 августа 2025 15:04 (UTC +04:00) 910
Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə  Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

O bildirib ki, 24.12.2023- cü il tarixində cənab prezidentin Ağdam şəhərinə növbəti səfəri zamanı şəhər ərazisində 4-cü və 5-ci yaşayış məhəllələrinin təməlini qoyub:

"Onlardan 47-i yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd 1 otaqlı, 356 ədəd 2 otaqlı, 474 ədəd 3 otaqlı və 202 ədəd 4 otaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости