At ətini mal əti adı ilə satan şəxs saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке.

Şəki Şəhər-rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz at əti satışının qarşısını alıblar.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki şəhər sakini Çingiz Məmmədovun həyətyanı sahəsinə baxış keçirilən zaman burada saxlanılan 8 baş kəsilmiş at əti aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, Çingiz Məmməov bir neçə müddətdir ki, bu işlə məşğul olur. O, Şəki və Bərdə bazarlarından aldığı atları öz həyətyanı sahəsində kəsərək mal əti adı ilə satıb.

Şəki şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə faktla bağlı akt tərtib edilib.

Aşkarlanmış qanunsuz at əti yandırılma yolu məhv edilib, araşdırma davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.