https://news.day.az/azerinews/812191.html
Bakı-Qazax yolunda qəza: yaralılar var
Bakı-Qazax yolunda qəza: yaralılar var

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 505-ci kilometrliyində, Qazax rayonun Birinci Şıxlı kəndi ərazisində qeydə alınıb. "Mercedes" ilə "VAZ 21014" markalı avtomobillərin toqquşması zamanı iki nəfər, rayonun ikinci Şıxlı kənd sakinləri, 1965-ci il təvəllüdlü İqbalə Vəliyeva və 1997-ci il təvəllüdlü Elnarə Qurbanova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре